Xızıdakı partlayışda vətəndaşlara dəyən ziyan hesablanır

Xızıdakı partlayışda vətəndaşlara dəyən ziyan hesablanır
  26 Sentyabr 2017    Oxunub:1242
“Xızıda baş verən partlayışla bağlı yaradılan komissiya hələlik işini yekunlaşdırmayıb”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib. Baş nazirin müavini qeyd edib ki, hazırda vətəndaşlara dəyən ziyan hesablanır:

“Yəqin ki, gələn həftədən başlayaraq evlərin təmirinə və insanlara yardım göstərməyə başlayacağıq. 1-2 ay ərzində bu iş başa çatdırılacaq”.

A.Şərifov partlayış zamanı dəymiş ziyanı da açıqlayıb: “Orada 5 ev sökülüb yenidən tikilməlidir. Digər evlərə isə yüngül zərər dəyib”.

Ərazilərin mərmilərdən təmizlənməsinə gəlincə, baş nazirin müavini bildirib: “İlin axırına qurtarsaq böyük məsələdir. Mərmilər 20 kilometr məsafəyə yayılıb. İlk növbədə evlər, həyətlər, əkin sahələri təmizlənib. Ancaq, dağ və meşələr isə mərmilərlə doludur. Hazırda onların təmizlənməsi istiqamətində işlər aparılır. Biləvasitə partlayışın olduğu ərazidə çoxlu sayda partlamamış mərmilər var”.

Baş nazirin müavini bildirib ki, partlayışın səbəbi barədə məlumatsızdır: “Bu barədə heç nə deyə bilmərəm. Bununla bağlı Hərbi Prokurorluqda araşdırma aparılır”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Abid-Şərifov  





Xəbər lenti