Yaponiyada erməni təxribatının qarşısı alınıb

Yaponiyada erməni təxribatının qarşısı alınıb
  26 Sentyabr 2017    Oxunub:2213
14-21 sentyabr tarixlərində Yaponiyada keçirilən “Tourism Expo Japan” sərgisində Ermənistan tərəfi yenə təxribata əl atmağa çalışaraq, Ermənistana aid stendə Azərbaycanın işğal ounmuş ərazilərindən yaradılmış qondarma rejimi təbliğ edən materiallar yerləşdirməyə cəhd göstərib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Azərbaycanın Yaponiyadakı səfirliyinin vaxtında müdaxiləsi çərçivəsində Ermənistan tərəfinin beynəlxalq turizm sərgisinin qondarma rejimin siyasi təbliğat meydanına çevrilməsinin qarşısı alınıb.

Sərgidə Azərbaycan stendi fəaliyyət göstərib və çərçivəsində Azərbaycanın turizm potensialı barədə Yaponiya ictimaiyyətinə məlumat çatdırılıb.

AzVision.az


Teqlər: Yaponiya   XİN   Erməni-təxribatı  





Xəbər lenti