“Sovetski”də 10 min evin sökülməsi nəzərdə tutulub

“Sovetski”də 10 min evin sökülməsi nəzərdə tutulub
  26 Sentyabr 2017    Oxunub:8127
“Sovetski”də gələn ilədək söküntü işləri aparılmayacaq.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

Baş nazirin müavini bildirib ki, ilkin layihədə "Sovetski"də 10 min evin sökülməsi nəzərdə tutulub: "Lakin 10 min evi 4-ə vuranda 40 min alınır. 40 minlik şəhər salmaq, insanları köçürmək asan məsələ deyil. Buna böyük vəsait, vaxt tələb olunur. Orada yaradılan şəraitin hamısı insan üçündür. "Sovetski"də insanları bəladan xilas etdik. Orada gözəl yollar, yaxşı parklar salınır".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Abid-Şərifov   "Sovetski"  





Xəbər lenti