İlham Əliyev: “Ermənistan danışıqların imitasiyası ilə məşğuldur”
Prezident İlham Əliyev ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu vurğulayaraq bildirdi ki, Azərbaycan təkcə NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi və investisiya sahələrində əlaqələr həyata keçirir.
Görüşdə Azərbaycan-NATO əməkdaşlığından məmnunluq ifadə olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Söhbət zamanı Prezident İlham Əliyev Ermənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu dedi və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirdi.
AzVision.az
Teqlər: İlham-Əliyev NATO