NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir
  26 Sentyabr 2017    Oxunub:1818
"NATO ilə Azərbaycan arasında etibarlı tərəfdaşlıq əlaqələri mövcuddur"
AzVision.az xəbər verir ki, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı: gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” mövzüsunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan NATO çərçivəsində keçirilən sülhməramlı əməliyyatlara dəstək verir: "Mən xüsusilə Əfqanıstan üzrə Azərbaycan və NATO əlaqələrini vurğulmaq istəyərdim. Bu əməkdaşlıqdan həm NATO, həm də Azərbaycan faydalanır. Ceyrançöl təmizləmə layihəsi olduqca böyük əhəmiyyətə malikdir. Mən üçüncü fazanın açılışında iştirak etdiyimə görə çox şadam. Ümid edirəm ki, bu layihənin üçüncü mərhələsi də əvvəlki iki layihə kimi uğurla yekunlaşacaq. Donor ölkələr -Türkiyə, Almaniya, Macarıstan, İslandiya, İtaliya, Yaponiya, Norveç, İsveçrə, Birləşmiş Krallıq və Birləşmiş Ştatlara öz təşəkkürümü bildirirəm".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: NATO   Azərbaycan  





Xəbər lenti