“532 nəfər mina partlayışları nəticəsində ölüb” - Abid Şərifov

“532 nəfər mina partlayışları nəticəsində ölüb” - Abid Şərifov
  26 Sentyabr 2017    Oxunub:2909
"Azərbaycanda minalar və partlamamış hərbi sursatlarla bağlı iki istiqamətdə problem mövcuddur. Bu problemlərdən biri erməni silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərdə və erməni işğalından azad edilən ərazilərdə olan mina və partlamamış hərbi sursatlar və keçmiş sovet ordusunun özündən sonra qoyub getdiyi hərbi bazalar və paliqonlardır".
AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov deyib.

A.Şərifov bildirib ki, 1991-ci ildən sonra Azərbaycanda mina və partlamamış hərbi sursatların partlaması nəticəsində 532 nəfər həlak olub, 2491 müxtəlif dərəcəli xəsarətlər alıb.

Baş nazirin müavini eyni zamanda qeyd edib ki, 45 min hektar ərazi mina və partlamamış sursatdan təmizlənib, 100 minlərlə partlamamış sursat və mina zərərsizləşdirilib: “Sovet ordusunun Cənubi Qafqazda, Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerləşən hərbi bazasında baş vermiş partlayış zamanı 30 nəfər həlak olub, 93 nəfər xəsarət alıb. Azərbaycan-Gürcüstan sərhədinin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi ən böyük təhlükə doğuran yerlərdən biridir”.

A.Şərifovun sözlərinə görə, Çeyrançöl təmizləmə layihəsinin hər üç mərhələsinin ümumi dəyəri 6,11 milyon avro təşkil edir: “Azərbaycan hökuməti layihənin ümumi dəyərinin 50%-ni təmin edir. Layihənin 2018-ci ildə başa çatacağı gözlənilir”.

Baş nazirin müavini qeyd edib ki, ANAMA agentliyinin fəaliyyət göstərdiyi 19 il ərzində iki hadisə baş verib. Bu da olduqca aşağı göstəricidir.

AzVision.az


Teqlər: ANAMA   Abid-Şərifov  





Xəbər lenti