Hərbi Akademiyada təlim kursu keçirilir

Hərbi Akademiyada təlim kursu keçirilir
  26 Sentyabr 2017    Oxunub:1638
Türkiyə Silahlı Qüvvələrinin Sülh Naminə Birgə Təlim Mərkəzinin mobil təlim qrupu tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda təlim kursu başlanıb.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kurs müddətində iştirakçılara “Sülhü dəstəkləmə hərəkatı”, “Hərbi mülki iş birliyinin təsviri və inkişafı”, “Hərbi mülki iş birliyinə kompleks yanaşma”, “Sülhü dəstəkləmə əməliyyatlarında mülki təşkilatlar”, “Münaqişələr zamanı mülki əhalinin qorunması” və digər mövzulara dair mühazirələr oxunacaq, eləcə də işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılacaq.

Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirakı ilə keçirilən kurs sentyabrın 29-dək davam edəcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti