Səfirlikdən deputatın səfəri ilə bağlı açıqlama

Səfirlikdən deputatın səfəri ilə bağlı açıqlama
  14 Sentyabr 2013    Oxunub:1170
Bundestaq deputatının Dağlıq Qarabağa səfəri fərdi xarakter daşıyır və federal hökumət bu səfər barədə məlumatlandırılmayıb.
Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən Bundestaq deputatının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfərini şərh edərkən bildiriblər.

Qeyd edək ki, sentyabrın 12-də Almaniya Bundestaqının Xarici əlaqələr üzrə daimi komissiyasının üzvü Yurgen Klimke Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edib.

Səfər zamanı deputat qondarma "Dağlıq Qarabağ respublikası"nın separatçıları ilə görüşüb.(trend)


Teqlər:





Xəbər lenti