Fəhlə iş saatında öldü

Fəhlə iş saatında öldü
  14 Sentyabr 2013    Oxunub:973
Sumqayıtda zavodda ölüm hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunun 33-cü kilometrliyində yerləşən “Karbonat” zavodunda qeydə alınıb. Orada fəhlə işləyən, Bakı şəhər sakini, 37 yaşlı Rüstəm Rafiq oğlu Həsənov 5-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti