Bakıya gələn erməni deputat: “Fahişəliyə qarşı mübarizə aparırıq”

Bakıya gələn erməni deputat: “Fahişəliyə qarşı mübarizə aparırıq”
  22 Sentyabr 2017    Oxunub:2178
Ermənistanda geniş yayılmış fahişəliyə qarşı mübarizə aparılır.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın parlamentinin deputatı Mane Tandilyan Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda deyib.

Onun sözlərinə görə, Ermənistanda qadınların 45 faiz işlə təmin olunub: “Əmək fəaliyyəti ilə məşğul olmayanların 90 faizi ev təsərrüfatı ilə məşğuldur. Cinsinə görə selektiv abortları qanunvericilik əsasında qadağan olunması təşəbbüsü irəli sürülüb. Geniş yayılmış fahişəliyə qarşı mübarizə aparılır. Məişət zorakılığı ilə bağlı qanun parlamentə oxunuşdadır, hələ qəbul olunmayıb. Qanunun dekabrda qəbul olunması nəzərdə tutulur”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti