“25 il öncə bu sözü deyənlər cəza alırdı” - Ziyad Səmədzadə

“25 il öncə bu sözü deyənlər cəza alırdı” - Ziyad Səmədzadə
  22 Sentyabr 2017    Oxunub:4421
“Azərbaycan iqtisadiyyatı kifayət qədər inkişaf edib. Qlobal risklərə baxmayaraq ölkəmiz özünün potensialını gücəndirir. Azərbaycan kifayət qədər valyuta ehtiyatına malik olmaqla yanaşı, borc alan ölkədən borc verən ölkəyə çevrilib”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Parlamentdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfranda çıxışı zamanı deyib.

Bu günlərdə “Əsrin müqaviləsi” saziışinin müddətinin uzadıldığını diqqətə çadıran Z. Səmədzadə bildirib ki, yeni razılaşma Azərbaycanın iqtisadiyyatının daha da inkişaf etməsi, valyuta axınının gücləndirilməsi və yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyətə malikdir. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda büdcə xərcləri ÜDM-dən xeyli yüksəkdir: “Ölkəmizdə ÜDM 5 dəfə artıb. 2005-2016-cı illərdə Azərbaycanın büdcə xərcləri 8 dəfə artıb. Bu gün dövlət büdcəsinin xərcləri ÜDM-nin 34-35 faizini təşkil edir”.

“Azərbaycanda səhiyyəyə ayrılan xərclər məqsədli proqramlar əsasında formalaşdırılır. Sovet dövründə səhiyyə xərcləri əvvəllər yalnız xəstəxanalarda çarpayılar təmin edə bilirdi. Lakin bu gün səhiyyəyə ayrılan xərclərin 45-47 faizindən çoxunu məqsədli proqramlar əsasında planlaşdırılır. Bu şəkildə xərclərin planlaşdırılmasının müsbət nəticələri var”- deyə, komitə sədri vurğulayıb.

Z. Səmədzadə qeyd edib ki, Azərbaycanda sahibkarlıq çox kiçik mərhələdədir: “25 il bundan öncə sahibkarlıq ifadəsini işlədənlər cəza alırdı. Lakin bu illər ərzində biz sahibkarlıq təbəqəsini yaratmışıq”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Azərbaycan   sahibkarlıq  





Xəbər lenti