Parlamentdə qadınlarla bağlı 72 qanun qəbul edilib

Parlamentdə qadınlarla bağlı 72 qanun qəbul edilib
  22 Sentyabr 2017    Oxunub:1561
“Azərbaycan parlamenti qadın hüquqları ilə bağlı 72 qanun qəbul edib, 87 beynəlxalq konvensiyaya qoşulub, 170 qanuna əlavə və dəyişiklik edib. Parlamentinin bu sahədə iki qanunu həm beynəxlalq miqysada, həm də MDB məkanda örnək sənəd kimi ortyaya qoyulub”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransda bildirib.

Komitə rəsmi deyib ki, Azərbaycanda qadınlar üçün bərabər hüquqlar, bərabər imkanlar mövcuddur və bu imkanların artması üçün böyük işlər görülür: “Azərbaycanda bütün millətlər, xalqlar, bütün dinlər mehriban yaşaya bilər. Biz də 50-dən çox milli azlıq və etnik qruplar yaşayır. Ölkəmizdə kilsələr, sneqoqlar var və bütün xalqlar orada ibadət edirlər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Milli-Məclis   Hadi-Rəcəbli  





Xəbər lenti