“Bakıda evim var idi, tətillərimi burada keçirirdim” - Erməni deputat

“Bakıda evim var idi, tətillərimi burada keçirirdim” - Erməni deputat
  22 Sentyabr 2017    Oxunub:7974
“Sonuncu dəfə Bakıda 1988-ci iilin yanvarında olmuşam. O zaman mənim 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir az əvvəl idi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram. Tətillərimi burada keçirirdim”.
AzVision.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Ermənistanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.

“Mənim burada evim var idi. Bilirdim ki, hara gəlirəm. Şadam ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Əgər belə bir məsələ parlament və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üçün başqa şans tapmaq çox çətindir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Erməni-deputat  





Xəbər lenti