Azərbaycanlı diplomat “İlin səfiri” seçildi
Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə təsis olunmuş “İlin səfiri” mükafatına Azərbaycanın Koreyadakı səfiri ilə yanaşı Hindistan və Küveytin Koreyadakı səfirləri də layiq görülüblər.
2008-ci ildə qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş Asiya Cəmiyyəti Koreya təşkilatı, baş qərargahı Nyu-York şəhərində yerləşən və 1956-cı ildə III Con D.Rokfeller tərəfindən əsası qoyulmuş Asiya Cəmiyyətinin Koreya ofisidir. Lotte şirkətlər qrupunun sədri Şin Donq-binin rəhbərlik etdiyi Asiya Cəmiyyəti Koreya ofisinin üzvləri əsasən Koreya şirkətlərinin nümayəndələri və ictimai-siyasi xadimlərdən ibarətdir.
İlk dövrdə Asiya regionun dünyada tanıdılması və başda ABŞ olmaqla digər ölkələrlə Asiya ölkələri arasında biznes əlaqələrinin qurulması məqsədilə təsis olunmuş Asiya Cəmiyyəti təşkilatı, hazırda öz fəaliyyət istiqamətinə təhsil sahəsində əməkdaşlığı da daxil etmişdir. Davos Dünya İqtisadi Forumunun keçmiş vitse-sədri Cozette Şiranın rəhbərlik etdiyi Asia Cəmiyəti təşkilatının Seul ilə yanaşı Honq Konq, Manila, Mumbay, Şanxay, Sidney və Zurixdə də ofisləri fəaliyyət göstərir.
AzVision.az
Teqlər: səfir Azərbaycan