Seçkiləri 20 min müşahidəçi izləyəcək

Seçkiləri 20 min müşahidəçi izləyəcək
  13 Sentyabr 2013    Oxunub:982
Oktyabrın 9-dək prezident seçkilərini izləyəmək üçün Azərbaycanda 20 mindən artıq müşahidəçinin olacağı proqnozlaşdırılır.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, bu günədək Beynəlxalq müşahidəçilər də daxil olmaqla ümumilikdə ölkə üzrə 13 min müşahidəçi qeydə alınıb. Bunlardan da 10776-sı dairə əraziləri çərçivəsində müşahidə aparacaq.
Bütün müşahidəçi təşkilatlara MSK tərəfindən müsbət cavab verilib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti