Efir vaxtını püşkatma komissiyası böləcək

Efir vaxtını püşkatma komissiyası böləcək
  13 Sentyabr 2013    Oxunub:1066
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında oktyabrın 9-da keçiriləcək prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılıb.
AzVision.az xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda sədr müavini Natiq Məmmədov qeyd edib ki, hər bir namizədə həftədə 3 saat İctimai Televizyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla vaxtın ayrılması nəzərdə tutulur. N.Məmmədov bildirib ki, televiziyada pulsuz efir vaxtının qeydə alınmış namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti