“Azərbaycanda bütün azadlıqlar təmin edilir” - Prezident

“Azərbaycanda bütün azadlıqlar təmin edilir” -  Prezident
  20 Sentyabr 2017    Oxunub:1458
“Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranan çətinliklərə baxmayaraq, Azərbaycan sürətli və uğurlu şəkildə inkişaf etdi”.

AzVision.az-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan BMT-nin aktiv üzvüdür və 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib:

“155 ölkə Azərbaycanın lehinə səs verib. 25 illik tarixi olan bir ölkə üçün bu böyük uğur idi. Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycan və onun siyasətinə dəstək göstərdilər.

Demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıq tam təmin edilir. Azərbaycan dünya tərəfindən multikulturalizm mərkəzi kimi tanınmış ölkələrdən biridir. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir”.

Dövlət başçısı bildirib ki, bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır: “2016-cı ildə Azərbaycanda "Multikulturalizm ili", 2017-ci ildə "İslam Həmrəylik ili" elan olunub. Demək olar ki, milli azlığın yaşamadığı və ksenofobiyanın dövlət siyasəti olduğu monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan multietnik ölkədir. Mədəni, dini və etnik fərlilik bizim cəmiyyətimizin böyük aktividir. İslamafobiyanın pik həddə çatdığı Ermənistan vandalizm aktları həyata keçirərək, işğal olunmuş Azərbaycan ərazilərdəki bütün məscidləri dağıdıb. Azərbaycan dinlərarası dialoqu genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirib”.

Eldar Tanrıveridyev
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   BMT  





Xəbər lenti