TQDK nəticələri elan etdi

TQDK nəticələri elan etdi
  13 Sentyabr 2013    Oxunub:994
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələrini elan edib.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, nəticələr sentyabrın 13-də saat 16:15-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Boş qalan 2135 plan yerinin müsabiqəsində iştirak etmək üçün 6567 abituriyent ərizə təqdim edib. Onlardan 1884 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul olanlar sentyabrın 16-dan sentyabrın 19-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələrini elan edib.

Nəticələr sentyabrın 13-də saat 16:25-dən etibarən komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib.

Boş qalan 1698 plan yerinin müsabiqəsində iştirak etmək üçün 803 abituriyent ərizə təqdim edib. Onlardan 663 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul olanlar sentyabrın 16-dan sentyabrın 19-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.


AzVision.az


Teqlər:  





Xəbər lenti