"Azərbaycanla münasibətlər möhkəm təməllər üzərində qurulub" - Pakistanlı marşal

"Azərbaycanla münasibətlər möhkəm təməllər üzərində qurulub" - Pakistanlı marşal
  20 Sentyabr 2017    Oxunub:1418
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 20-də Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Kəmaləddin Heydərov iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və ildən-ilə gücləndiyini diqqətə çatdırıb. Respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edən nazir Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

Aviasiya marşalı Sohail Aman Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu vurğulayıb. Qonaq ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdıraraq, mövcud əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə iki ölkə arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlıq haqqında hazırlanmaqda olan sazişin əhəmiyyətindən danışılıb, pakistanlı tələbələrin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil almalarının perspektivləri müzakirə olunub.

AzVision.az


Teqlər: FHN   Pakistan  





Xəbər lenti