Çovdarov son sözünü gələn həftə deyəcək

Çovdarov son sözünü gələn həftə deyəcək
  20 Sentyabr 2017    Oxunub:1536
Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzVision.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər. Onlar A.Çovdarova bəraət verilməsini istəyiblər.

Təqsirləndirilən şəxslərə son söz söyləmələri üçün vaxt verilib. Proses sentyabrın 27-də davam etdiriləcək.

AzVision.az


Teqlər: Akif-Çovdarov  





Xəbər lenti