MSK-da qalmaqal

MSK-da qalmaqal
  13 Sentyabr 2013    Oxunub:1094
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qalmaqal yaşanıb.
AzVision.az xəbər verir ki, Ümid Partiyasının MSK-dakı təmsilçisi Akif Qurbanov komissiyanın iclasında namizədlərlə bağlı MSK sədri Məzahir Pənahovdan sualına cavab verilməsini xahiş edib. Lakin MSK sədri bu sualı iclasdan sonra cavablandıracağını deyib.

M.Pənahov bildirib ki, bütün komissiya üzvlərinin iclasda danışmaq və sual vermək səlahiyyətləri var. Lakin A.Qurbanovun sualını MSK sədri digər təmsilçi tərəfindən cavablandırılmasını istəyib. Akif Qurbanov isə buna etiraz edərək sualın Məzahir Pənahov tərəfindən cavablandırılmasını istəyib. Buna baxmayaraq, M.Pənahov sualı cavablandırmayaraq iclası davam etdirmək qərarını verib. Akif Qurbanov da etiraz əlaməti olaraq iclası tərk edib



Teqlər:  





Xəbər lenti