“Qarabağın həlli üçün beynəlxalq format mövcuddur” - Aİ rəsmisi

“Qarabağın həlli üçün beynəlxalq format mövcuddur” - Aİ rəsmisi
  20 Sentyabr 2017    Oxunub:2445
"Qarabağ mövzusunun Azərbaycanda nə qədər həssas olduğunu yaxşı anlayıram. Mən Gürcüstanda təhlükəsizlik və münaqişələr sahəsində əldə etdiyim təcrübədən istifadə edəcəyəm".
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Avropalı diplomat deyib ki, Aİ birbaşa olaraq münaqişənin həlli ilə məşğul olmur: "Avropa İttifaqı Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti diqqətlə izləyir. Münaqişənin həll edilməsi üçün beynəlxalq format mövcuddur. Hazırda Nyu-Yorkda münaqişə tərəfləri arasında yüksək səviyyədə görüşlərin olması gözlənilir. Bizim nümayəndəliyimizin də bu münaqişənin fəsadlarının aradan qaldırılması istiqamətində layihələri var".

K.Yankauskas əlavə edib ki, Qarabağ münaqişəsi Aİ-Azərbaycan arasında bağlanacaq yeni saziş, həmçinin Şərq tərəfdaşlığına hazırlıq çərçivəsində müzakirə olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Azərbaycan   Qarabağ  





Xəbər lenti