İlqar Məmmədov namizəd ola bilmədi

İlqar Məmmədov namizəd ola bilmədi
  13 Sentyabr 2013    Oxunub:1010
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda daha üç nəfərin prezidentliyə namizədliyi qeydə alınması məsələsinə baxılıb. Bunlar Vətəndaş və İnkişaf Partiyasının sədri Əli ƏLiyev, REAL Hərəkatının sədri İlqar Məmmədov və Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğludur. Vİ-nın sədri Əli Nadir oğlu Əliyevin namizədliyi qeydə alınmayıb. İşçi qrupunun rəhbəri İlham Məmmədov bidirib ki, imza vərəqələrin sayı 42 634-dür. Bunlardan 26 716-sı etibarlı olub.

REAL Hərəkatının sədri İlqar Məmmədovun da namizədliyi qeydə alınmayıb. İlham Məmmədov qeyd edib ki, imzalar 70 dairədən yığılıb. REAL-ın topladığı 41247 imzadan 9000-i yoxlanılıb. Yoxlanılarlar arasında 4982-si etibarsız hesab olunub. Buna görə də, digər imzalar yoxlanılmayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti