Oğurluğa görə tutulan futbolçu azad edilməyib - Rəsmi (Yenilənib)

Oğurluğa görə tutulan futbolçu azad edilməyib - Rəsmi (Yenilənib)
  19 Sentyabr 2017    Oxunub:2898
Daxili İşlər Nazirliyi oğurluğa görə tutulan futbolçu Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir:

“Onun barəsində Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Hazırda Nicat Muxtarov istintaq tərəfindən dindirilir və sonra məhkəmə onun barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq. Nicat Muxtarovun polis İdarəsindən buraxılması barədə yayılan məlumatlar yalandır”.(APA)

***

İki gün əvvəl Sumqayıt şəhərində kabel oğurluğuna görə polis tərəfindən saxlanılan dəstə üzləri arasında olan peşəkar futbolçu Nicat Muxtarov sərbəst buraxılıb.

AzVision.az xəbər verir ki, bu barədə "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli özünün feysbuk səhifəsində məlumat verib. O bildirib ki, futbolçu polis idarəsindən buraxılıb. Sumqayıt şəhər Polis İdarəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, Nicat Muxtarov "Sumqayıt" futbol klubunun üzvüdür.



AzVision.az




Teqlər: Sumqayıt   Oğurluq  





Xəbər lenti