"Bakıda bit problemi yaranıb"

"Bakıda bit problemi yaranıb"
  19 Sentyabr 2017    Oxunub:1485
“Bakıda bit problemi ilə bağlı mənə çoxsaylı zənglər olurdu”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə deyib.

Deputat zənglərdən sonra bu problemlə maraqlandığını deyib: “Zəng etdim Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə. Oradan mənə dedilər ki, əvvəlllər bizdə müqavilələr vardı, gedib zirzəmiləri, zibil yeşiklərini dərmanlayaraq mübarizə aparırdıq. Daha sonra Səhiyyə Nazirliyinə zəng vurdum. Onlar da dedi ki, bizimlə bu barədə müqavilə bağlanmayıb. Mənzil kommunal idarəsinə getdim. Oradan da dedilər ki, icra hakimiyyətindən bizə buna görə pul ayrılmır. Həmin icra hakimiyyətinin adını çəkmək istəmirəm. Daha sonra getdim həmin icra hakimiyyətinə. Mənə dedilər ki, bunun üçün siz icra başçısının adına ərizə yazın və qəbula gəlin. Bu, biabırçılıqdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti