Sürücünün döyülməsi ilə bağlı polisə müraciət edilib

Sürücünün döyülməsi ilə bağlı polisə müraciət edilib
  19 Sentyabr 2017    Oxunub:3070
“Dünən 135 saylı avtobus sürücüsün döyülməsi ilə bağlı artıq polisə müraciət olunub və məsələ araşdırılır. Bakı Nəqliyyat Agentliyi olaraq bu hadisəni pisləyirik. Bu cür hallar yolverilməzdir”.

Bunu AzVision.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
Onun sözlərinə görə, əgər avotbusda vahid kart ödəniş sistemi tətbiq edilibsə, sərnişinlər avtobusun ön qapısından minib, orta və arxa qapıdan düşməlidirlər.

“Sərnişin avotbusları ümumi istifadə üçündür. Ümumi istifadədə olan nəqliyyat vasitələrində müəyyən olunmuş tələbələrə əməl etmək həm sərnişinlərin, həm də sürüclərin borucudur. Bu kimi hallar kütləvi xarakter daşımır. Biz çox az hallarda belə xoşagəlməz vəziyyətlə rastlaşırırq”.

Avtobuslarda sürücülərin təhlükəsizliyinin təmin edilməsi üçün şəffaf kabinelərdən istifadə olunmasına gəlincə, M.Ağayev bildirib ki, bununla bağlı müxtəlif praktika və təcrübələr mövcuddur. “Həmin təcrübə öyrənilir, münasib olarsa, bizdə də tətbiq ediləcək. Bu, əslində daşıyıcıların işidir. Bizim tərəfimizdən sərnişindaşıma ilə bağlı bir sıra tələblər qoyulub və tələblərin yerinə yetiriliməsinə agentlik tərəfindən nəzarət olunur.

Məsələn, tələbimiz var ki, mütləq şəkildə avtobuslarda kameralar quraşdırılmalıdır. Bu hadisənin qeydə alınması da məhz kameraların olması sahəsində mümkün olub. Düzdür, hələ ki kart sisteminə keçən avtobuslarda normal kamera sistemi fəaliyyət göstərmir. Lakin digər daşıyıcılar kameraların quraşdırılması işini mütləq şəkildə başa çatdırmalıdır. Kamerası olmayan avtobuslara qarşı müxtəlif məcburedici tədbirlər görülür”.

Qeyd edək ki, dünən saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.
İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşko) aparılıb, onun qaşına tikiş qoyulub.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti