Parlamentin ilk iclasının vaxtı dəqiqləşməyib - Açıqlama

Parlamentin ilk iclasının vaxtı dəqiqləşməyib - Açıqlama
  19 Sentyabr 2017    Oxunub:1161
“Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi hələ dəqiqləşməyib”.
Bunu AzVision.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

MM rəsmisi bildirib ki, komitələrin iclasları davam edir və bu iclaslar bitdikdən sonra plenar iclasın vaxtı və gündəliyi məlum olacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya həmin gündən sonra gələn ilk birinci iş günü öz işinə başlayır.

AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti