Hərbçilərin yaşayış kompleksi istifadəyə verilib - FOTOLAR

Hərbçilərin yaşayış kompleksi istifadəyə verilib - FOTOLAR
  19 Sentyabr 2017    Oxunub:1861
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilmiş növbəti yaşayış kompleksinin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə maraqlanıb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirliyin rəhbərliyi ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərlə də tanış olub.



Sonra müdafiə naziri mövqelərdə olan döyüş texnikasına baxış keçirib, mühüm dövlət və hərbi obyektlərin hava zərbələrindən müdafiəsi məqsədilə qoşunların fəaliyyəti və digər məsələlərlə bağlı şəxsi heyət qarşısında müvafiq tapşırıqlar qoyub.







AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov  





Xəbər lenti