Seçkilərlə bağlı 296 məntəqədə kamera qurulub

Seçkilərlə bağlı 296 məntəqədə kamera qurulub
  13 Sentyabr 2013    Oxunub:1030
Azərbaycanda keçiriləcək prezident seçkilərinin hər kəs tərəfindən müşahidə aparmasını təmin etmək məqsədi ilə paytaxtda yerləşən 296 seçki məntəqəsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi tərəfindən kameralar quraşdırılıb.

Bu barədə AzVision.az Rabitə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Seçki günü istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın digər yerlərində yaşayan insanlar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq Azərbaycanda keçirilən seçki prosesini izləyə bilər.

Hazırda paytaxtda cəmi 8 seçki məntəqəsinə kamera quraşdırılmayıb. Bunun da əsas səbəbi həmin məntəqələrin yerləşdiyi məktəblərdə təmir işlərinin aparılmasıdır.

Seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın saytı vasitəsilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacağı bildirilir.




Teqlər:  





Xəbər lenti