İbrahimbəyovun səhhəti pisləşdi

İbrahimbəyovun səhhəti pisləşdi
  13 Sentyabr 2013    Oxunub:986
El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun bu qurumun prezidentliyə vahid namizədi Cəmil Həsənli və İcra Aparatını rəhbəri Eldar Namazovla birlikdə Londona səfər etməkdən imtina etməsi ilə bağlı yayılan informasiyaları təkzib edib.

Eldəniz Quliyev avropainfo-ya açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov Londona gedə bilməsə də bu görüş mütləq baş tutacaq: "Belə məlumatı yayanlar qaşınmayan yerdən qan çıxardırlar. Rüstəm müəllim işləri olduğu üçün Londona səfər edə bilməyib. Digər tərəfdən onun səhhətində problemlər yaranıb, böyrəyində daş var. Düşünürəm ki, bu görüş ya Moskvada, ya Bakıda mütləq olacaq. Çünki Cəmil Həsənli prezidentliyə vahid namizəddir. Biz istərdik ki, Rüstəm İbrahimbəyov Bakıya gəlsin, görüş də burada olsun.


Teqlər:  





Xəbər lenti