Hərbçilər üçün yeni yaşayış kompleksi istifadəyə verilib - Fotolar

Hərbçilər üçün yeni yaşayış kompleksi istifadəyə verilib  - Fotolar
  18 Sentyabr 2017    Oxunub:1860
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin cəbhəboyu zonada yerləşən hərbi hissəsinin ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.



Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.



Sonra müdafiə naziri hərbi hissənin silahlanmasındakı döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.





AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti