Prezident Aleksandr Lapşini əfv etdi

Prezident Aleksandr Lapşini əfv etdi
  11 Sentyabr 2017    Oxunub:16736
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

"1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir".

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti