Həmməruzəçilərin Bakıya səfərinin vaxtı məlum oldu

Həmməruzəçilərin Bakıya səfərinin vaxtı məlum oldu
  09 Sentyabr 2017    Oxunub:1122
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana gələcəkləri vaxt məlum olub.
Milli Məclisindən AzVision.az-a verilən məlumata görə, həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda sentyabrın 13-17-də Azərbaycanda səfərdə olacaqlar.

Həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin katibi Delsin Freyman da Azərbaycana səfər edəcək. Səfər zamanı AŞPA Monitorinq Komitəsinin katibi və həmməruzəçiləri Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri , Milli Məclisin sədri Oqtay Əsədovla və rəhbər vəzifəli şəxslərlə görüşlər keçirəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: AŞPA   Bakı   Milli-Məclis  





Xəbər lenti