Deputatlarımız AŞPA-nın iclasında iştirak edəcək

Deputatlarımız AŞPA-nın iclasında iştirak edəcək
  31 Avqust 2017    Oxunub:1312
Sentyabrın 4-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclasları keçiriləcək.
Milli Məclisin (MM) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclaslarda MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.

Büro iclasında Avropa Şurası Baş katibinin qurumun fəaliyyətinə dair məruzəsi dinləniləcək, AŞ PA-nın payız sessiyasının gündəlik layihəsi təsdiqlənəcək, həmçinin yeni siyasi qrupun - “Azad demokratlar qrupu”nun formalaşdırılması ilə bağlı məsələnin müzakirəsi nəzərdə tutulur.

Assambleyanın komitələrinin iclaslarında nümayəndə heyətimizin üzvləri müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəklər.

AzVision.az


Teqlər: AŞPA  





Xəbər lenti