Rusiya Suriya ilə bağlı planını ABŞ-a təqdim edib

Rusiya Suriya ilə bağlı planını ABŞ-a təqdim edib
  12 Sentyabr 2013    Oxunub:937
Rusiya ABŞ-a Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi ilə bağlı plan təqdim edib.Bunu Astanada jurnalistlərə Rusiyanın xarici işlər naziri Segei Lavrovu müşaiyət edən rusiyalı diplomat deyib.Amma diplomatın adı çəkilmir.
Lavrov bu planı sentyabrın 12-də Cenevrədə ABŞ Dövlət katibi John Kerry ilə müzakirə etmək fikrindədir.

ABŞ, Böyük Britaniya və Fransa isə çərşənbə axşamından Fransanın təqdim etdiyi qətnamə layihəsinin müzakirəsinə başlayıblar. Sənəd yaxın vaxtlarda Rusiya və Çinə təqdim ediləcək.

ABŞ və bir sıra qərb ölkələri Suriyanı üsyançılarla döyüşdə kimyəvi silah işlətməkdə günahlandırır. Suriya ittihamı rədd edir.

Obama Rusiya ilə prezidenti Vladimir Putinlə müzakirələri davam etdirəcəyini bəyan edib.


Teqlər:  





Xəbər lenti