Səlim Müslümov pensiyaçılarla görüşüb

Səlim Müslümov pensiyaçılarla görüşüb
  12 Sentyabr 2013    Oxunub:1141
DSMF sədri Səlim Müslümov Masallıda 7 rayonun sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 11 sentyabr 2013-cü il tarixdə Fondun Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Qəbulda iştirak edən vətəndaşların həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Masallı rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunub.

Qəbul “Açıq qapı” şəraitində keçirilib. Görüşdə 25-dən artıq vətəndaşın müraciətlərinə baxılıb. Bütün müraciətlər operativ qaydada araşdırılaraq, onların bir qismi yerindəcə həll edilib. Bəzi müraciətlər araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə göstərişlər verilib. DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlərlə görüşə gələn vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndəriləcəyi bildirilib.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri və stajla bağlı digər məsələlərə görə müraciət ediblər.


Teqlər:





Xəbər lenti