Əli Kərimlinin ətrafında növbəti qalmaqal – Sensasion müraciət

Əli Kərimlinin ətrafında növbəti qalmaqal – Sensasion müraciət
  25 Avqust 2017    Oxunub:28718
Biz sıra KİV-lərin redaksiyalarına AXCP funksioneri olmuş Şahin Həsənlinin imzası ilə olduqca ciddi iddialara söykənən məqalə göndərilib.

AzVision.az "Yeni Müsavat" qəzetinə istinadən Şahin Həsənlinin həmin müraciətini olduğu kimi təqdim edir:
“Hörmətli mətbuat nümayəndələri!

Sizə müraciət etməyimin səbəbi son günlər sosial şəbəkələrdə AXCP və onun sədri Əli Kərimli ətrafında dolaşan söhbətlər, bu söhbətlərdən bəzi qüvvələrin partiyaya qarşı istifadə etmək cəhdləridir.

Uzun müddətdir AXCP-də təmsil olunan və bu strukturun formalaşmasına kifayət qədər əmək sərf etmiş bir insan kimi baş verənlərə laqeyd yanaşa bilmərəm.

Əvvəla, bildirim ki, şəxslə hər hansı siyasi təşkilatı, strukturu eyniləşdirmək böyük bir səhvdir və bunun acısını yekunda sıravi vətəndaşlar çəkə bilərlər. Hər hansı fərdin atdığı addımlara görə rəhbərlik etdiyi qurumun üzvləri məsuliyyət daşımır və bu məsuliyyəti onunla bölüşmək məcburiyyətində deyillər. Bu səbəbdən Əli Kərimliyə görə AXCP-yə qarayaxma əməliyyatlarına start vermiş hər bir şəxsə DUR deyirəm və ona qarşı olacağam.

Əli Kərimlini uzun müddətdir tanıyan bir cəbhəçi kimi onun insanlardan öz məqsədləri üçün istifadə edərək sonradan yararsız əşya kimi tullamasının, şəxsi maraqlarının təmini məqsədilə partiya liderləri arasında intriqa yaratmasının, dediyi fikirlərə alternativ fikirlər söyləyən şəxslərə qısqanc yanaşmasının, uzun müddət kin saxlamasının, AXCP üzvləri ilə məharətlə manipulyasiya etməsinin şahidi olmuşam.

AXCP sədrinin keçmiş cangüdəni Kərim Mehdiyevin bir müddət əvvəl KİV-lərdə yayılmış müraciəti ilə bağlı Əli Kərimlinin apardığı saxta əks-kampaniyaya dair özümün bildiklərimi sizlərə çatdırıram.

Birincisi, Kərim Mehdiyev uzun müddətdir xaricdədir və elə o qədər vaxtdır ki, Əli Kərimli ətrafından uzaqlaşıb, onunla əlaqə saxlamır. İkincisi, onun profilindən facebook sosial şəbəkəsində yayılmış təkzib statusunun Kərim Mehdiyevə heç bir aidiyyatı yoxdur və o, belə bir şey yazmayıb. Profilə Əli Kərimli özü şəxsən müdaxilə edib və saxta təkzib statusu yazıb. AXCP rəhbərliyi ilə daim ünsiyyətdə olan şəxs kimi bunu tam əminliklə deyirəm, sizlərin əmin olması üçün isə buna dair təkzibolunmaz fakt gətirirəm. Cümlənin başlanğıcında “Dostlar” müraciət formasından yalnız və yalnız Əli bəy istifadə edir və Kərim Mehdiyevin facebookda indiyədək olan yazışmalarını oxusanız, heç birində “Dostlar” xitabına rast gəlməyəcəksiniz. Əli Kərimli onun profilinə nə vaxt müdaxilə edibsə, o zaman da “Dostlar” ifadəsi işə düşüb. Yalnız AXCP sədri öz facebook paylaşımlarını adətən “Dostlar” sözü ilə başlayır.

İndi baxın, görün, özünü “xalqımızın lideri” adlandıran Əli Kərimli özü barədə Kərim Mehdiyevin profili vasitəsilə nə yazıb və xeyli gülün:



Bir də necə oldu ki, Kərim Mehdiyev həmin günü girdi facebooka təkzib statusunu yazdı və o andan sonra onun səhifəsindən nəinki Əli bəyə dəstəkverici məlumat yayılmayıb, heç ümumiyyətlə yayım olmayıb. Bir daha deyirəm, Kərim Mehdiyevin bu barədə xəbəri yoxdur, sadəcə əksər üzvlərin parol və loqini dələduz Əli bəydə olduğuna görə o, ictimai rəyi çaşdırmaq üçün bundan məharətlə istifadə etmişdir. Deməli, o, nəinki dələduz, həm də başqasının kompüter məlumatlarına müdaxilə edən cinayətkardır.

İndi keçək Əli bəyin insanlardan öz məqsədləri üçün kullanaraq, sonradan atması söhbətinə. Buyurun, baxın, qarşınızda 2 fotoşəkil var və onların çəkilmə tarixlərini cəmi 5 gün ayırır.

Soldakı şəkil Əbülfəz bəyin ölüm günü ilə bağlı avqustun 22-də onun məzarı önündə, digəri isə avqustun 17-də Nəsimi Məhkəməsində Gözəl xanımın işi üzrə prosesdə çəkilib.


Fərqi görürsünüzmü? Əli Kərimli özünün “böyüklüyünü”, “yek müxalifət lideri” olduğunu, son dövrlər ona qarşı təşkil edilən “hücumlara” baxmayaraq hələ də ayaqda dayandığı görüntüsü yaratmaq, bir sözlə, özünü reklam etmək üçün nə qədər canfəşanlıq göstərib. Amma AXCP üçün ömrünü fəda vermiş, rejim tərəfindən həbsxanaya atılsa belə mənliyini, qürurunu sındırmayan Gözəl Bayramlının nəinki müdafiəsi, heç mənəvi dəstəyi üçün məhkəməsi keçirilən məkana 30 nəfər belə göndərməmişdir. Bu həmin Gözəl xanımdır ki, 2016-cı ilin sentyabr mitinqində hakimiyyət tərəfindən qeyri-qanuni saxlanılmış onlarla cəbhəçinin sərbəst buraxılması üçün titanik zəhmət sərf etmişdir. Özünüz barədə rəy formalaşdırmaq, insanların gözünə kül üfürmək lazım olanda bunu edirsiniz, bəs onun üçün niyə etmirdiniz?

Əli bəy, hakimiyyətlə sizin aranızda hansı fərq var? Ölkənin baş naziri haqda danışırsınız, amma partiyanızda sizdən sonra de-yure ikinci şəxs, cəbhəçilər arasında müqəvva obrazı ilə eyniləşdirilən, rus demişkən “ни рыба, ни мясо” olan insana baxın – Nürəddin Məmmədli. Heç kəs unutmayıb ki, siz bu posta layiq olan fədakar insan Gözəl xanımı deyil, vaxtilə ADP-dən üz döndərmiş Nürəddin Məmmədlini təyin etməklə yenə öz şəxsi maraqlarınızı güdmüsünüz. Cavab gün kimi aydındır. Axı, ayaq üstə güclə dayanan Nürəddin Məmmədli heç bir halda sizə rəqabət yarada bilməyəcək.

Hakimiyyət şərləyir, siz də şərləyirsiniz. Sadəcə onların şəri elə şər kimi, sizin şər isə damğa kimi görsənir. Sizlə eyni cür düşünməyən - satqındır, alternativ fikir ortaya qoyan – satqındır, sizə qarşı olan – satqındır, həbsdən vaxtından əvvəl çıxan siyasi dustaqlar – satqındır, hakimiyyət nümayəndələri ilə ünsiyyət saxlayan – satqındır, Əli Kərimliyə rəqabət yarada biləcək partiya rəhbəri, yaxud ictimai lider varsa – satqındır. Bəs yaxşı, kim satqın deyil, ümumiyyətlə bu satqınlığın kriteriyası, ölçü vahidi, etalonu varmı? Belə bölücülük prinsipləri ilə Azərbaycan müxalifətində bir çox yeniliklərin – siyasi mədəniyyətsizliyin, siyasi tərbiyəsizliyin, siyasi hoqqabazlığın, siyasi intriqanlığın və ən nəhayət, siyasi dələduzluğun əsasını qoya bilmisiniz.

Həmin prizmadan yanaşsaq sizi sosial şəbəkələrdə müdafiə edən tərəfdarlarınıza satqın damğası vurmaq olmazmı?

Baxın, görün, kimdir bunlar: opportunist Gültəkin Hacıbəyli (çox hörmətli, özünü ziyalı sayan Natiq bəy Ədilovun diqqətinə çatdırıram ki, bu söyüş deyil, sadəcə bir siyasi düşərgəni ataraq, digərinə keçən politikanlara belə deyilir), 2005-ci ildə AXCP sədrinin müavini mandatını deputat mandatına dəyişən, yazdığı kitabların bir çoxunun maliyyəsi hakimiyyət tərəfindən ödənilmiş Cəmil Həsənli, öz əmisi qızı olan həyat yoldaşını və iki azyaşlı övladını Sabirabadda ataraq, onların hazırkı yaşayış çətinlikləri barədə xəbəri belə olmayan Natiq Ədilov, Qarabağa dəfələrlə qeyri-qanuni səfərlər etmiş avrodeputat Yaromir Ştetina ilə Azərbaycanda demokratik dəyişiklikləri müzakirə etməsi ilə öyünən Qənimət Zahid, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirliyə qarşı prokurorluqda ifadə verərək Avropaya qaçmış Rahim Hacıyev və bunlara bənzər onlarla digər şəxslər. Bunlar satqın deyilmi? Hakimiyyətlə danışıq apararaq oğlunuzu Vətənə xidmətdən yayındırmaq satqınçılıq deyilmi?




Necə olur, KXCP-dən Milli Şuraya gələn Oqtay Gülalıyev satqın olmadı, amma KXCP-də təmsil olunan digər şəxslərin hamısı satqın çıxdı? Müsavatdan Milli Şuraya gələn, həbsdən vaxtından əvvəl buraxılan Tofiq Yaqublu, uzun illər Müsavatda təmsil olunmuş, indi isə ətrafınızda fırlanan İbrahim İbrahimli satqın çıxmadı, lakin həmin partiyaya sədaqət göstərən digər şəxslərə, həbsdən vaxtından əvvəl çıxmış Yadigar Sadıqova, obyektiv insan kimi tanıdığımız Xədicə xanım İsmayılovaya sizin göstərişinizə əsasən fürsət düşən kimi sosial şəbəkələrdə olmazın təhqirlər yazıldı, satqın damğası vuruldu. İlqar Məmmədovun həbsdən buraxılmamasının səbəbinin guya hakimiyyətin onu sizə qarşı alternativ kimi yetişdirməsi barədə partiya üzvlərimizə verdiyiniz izahatlara nə deyək?

Azərbaycan müxalifətində sizin qədər eybəcərliklər etmiş 2-ci siyasətçini tapmaqda çətinlik çəkirəm. Fürsət düşən kimi Ədalət Yusifov, Oqtay Gülalıyev, Tofiq Yaqublu, Azər Qasımlı və digər politikanlar vasitəsilə onların təmsil olunduqları qurumlarda intriqa yaratmaq, parçalamaq, rəqiblərinizi gözdən salmaq taktikanızı uzun illərdir müşahidə edirik. İsa Qəmbərin, Mirmahmud Mirəlioğlunun, İlqar Məmmədovun, Xədicə İsmayılovanın sizə qarşı eyni cür hərəkət etməsini görməmişik və yəqin ki, görməyəcəyik də.

Onsuz da daim kənardan informasiya pressinqi altında olan cəmiyyətimiz buradan da sizin şəxsi mülahizələrdən və maraqlardan çıxış edərək sosial şəbəkələrdə yaydığınız dezinformasiyanın təsiri altına düşürdü. Lakin artıq düşmürlər. Buyurun, faktlara baxaq.

Kərim bəy Mehdiyevin sizi ifşa edən etiraflarından sonra müdafiənizə qalxmış Milli Şuranın “aparıcı qüvvəsi olan” Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin 4-5 gün ərzində “like”larının sayı ümumilikdə 1500-ü keçməmişdir. Kommentlərlə bağlı vəziyyət isə daha acınacaqlıdır. Bu da 3 milyon istifadəçisi olan facebookun Azərbaycan seqmentində sizə qarşı münasibətin təzahürü. Hələ nəzərə alaq ki, “like” edənlərin və “comment” yazanların tən yarısı sizin göstərişinizə əsasən açılmış saxta profillərdir. Müqayisə üçün yeni model “Samsung” J 5 telefonuna facebookun Azərbaycan istifadəçiləri tərəfindən göstərilən marağı təqdim edirəm. 13 mindən artıq bəyənmə. Yəni son model “Samsung” telefonuna maraq sizdən və 2 nəfər “bərk gedən” liderinizə olan maraqdan dəfələrlə çoxdur. İndi nəticəni özünüz çıxardın.


Cəmiyyət arasında nüfuzunuzun göstəricisi kimi facebookda videolarınıza baxış sayları, səhifənizin izləyicilərinin və rəy bildirənlərin sayına önəm verərək, digər siyasətçilərin “like”larını saymaq xəstəliyinə düçar olduğunuzu, daha çox “like” və izləyici yığanların paxıllığını çəkdiyinizi hamımız bilirik. O, məntiqlə yanaşsaq, stilist-modelyer Samiraldonun sizdən daha nüfuzlu şəxs olduğu, cəmiyyətimizin ona rəğbət bəslədiyi qənaətinə gələ bilərik. Amma obyektiv olmaq lazımdır, sağlam düşüncə deyir ki, bu elə deyil. Siz daha nüfuzlusunuz. Görürsünüz, rəqəmlərlə həqiqət tamamilə tərs mütənasibdir.


Yekunda isə cəmiyyətimizin, ictimai fəal şəxslərin Əli Kərimliyə olan münasibətini obyektiv olaraq göstərmək üçün gənc diplomatımız Nahid Cəfərovun öz facebook səhifəsində paylaşdığı sitatı diqqətinizə çatdırıram.


P.S. Yazdıqlarımın heç birində şər-böhtan yoxdur, şübhə edənlər internet resurslarında axtarış aparmaqla bunun təsdiqini tapa bilərlər.

AzVision.az


Teqlər: Əli-Kərimli   AXCP  





Xəbər lenti