DİN-dən avtobusların toqquşması ilə bağlı açıqlama

DİN-dən avtobusların toqquşması ilə bağlı açıqlama
  11 Sentyabr 2013    Oxunub:1259
Daxili İşlər Nazirliyi (DİN) Səbail rayonu Bibiheybət yolunda iki avtobusun iştirakı ilə baş vermiş qəza hadisəsilə bağlı məlumat yayıb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 10-da saat 13.40 radələrində Səbail rayonu Bibiheybət yolunda 207 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobusla Bakı şəhər sakini Turan Əhmədovun idarə etdiyi "Ford" markalı avtomaşın toqquşub.

Nəticədə Turan Əhmədov hadisə yerində ölüb, xəsarət almış "Daewoo" markalı avtobusun sərnişini, Bakı şəhər sakini Elsevər Məcidova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla əlaqədar Səbail Rayon Polis İdaərəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti