Azərbaycanlı gənclərdən möhtəşəm layihə

Azərbaycanlı gənclərdən möhtəşəm layihə
  22 Avqust 2017    Oxunub:4014
Azərbaycanlılar tərəfindən qurulmuş “Maliyya” adlı innovativ maliyyə texnologiyası (fintech) startap-ı Dubay Beynəlxalq Maliyyə Mərkəzinin (DIFC) "Fintech Hive" Biznes Akseleratorunun ilk qrupuna seçilib.
AzVision.az-ın məlumatına görə, "Fintech Hive" regionun ilk maliyyə texnologiyaları akseleratorudur. “Maliyya” startap-ı İslam prinsiplərinə əsasən investorlarla borcalanları bir araya gətirən və maliyyə xidmətləri sənayesində inqilab etməyi hədəfləyən platformadır.

“Maliyya” startap-ı 30 ölkəni təmsil edən 100-dən çox startap arasından seçilmiş 11 startap-dan biridir. Seçim beynəlxalq konsultant şirkəti olan Accenture, Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DIFC) və partnyor maliyyə qurumları tərəfindən bu meyarlara əsasən aparılıb. Təklif edilən innovasiyanın unikallığı, bazarda müəyyən bir boşluğu doldurması və sənayenin və istehlakçıların ehtiyaclarını ödəməsi də buradaxildir.

Akselerator proqramı "Accenture" şirkəti ilə bərabər həyata keçirilməklə regionun maliyyə xidmətləri sənayesinin ehtiyaclarını ödəmək üçün yeni nəsil texnoloqgiya liderlərini və sahibkarları bir araya gətirir. Proqram 2017-c il avqust ayının 21-də başlayır və 3 ay müddətində dünyanının aparıcı beynəlxalq və yerli maliyyə qurumları, texnologiya və hüquq şirkətləri tərəfindən startap-lara sıx texniki və məsləhət dəstəyini təmin edir.



“Maliyya” startup-i VİSA, CITI Bank, Standard Chartered, Dubay İslam İqtisadiyyatını İnkişaf Mərkəzi, Dubay Islam Bankı, Abu Dabi İslam Bankı, HSBC, Maşreq Bankı, Rakbank, Emirates National Bank, İBM, Facebook, Legal Support, Simons&Simons, Clyde & Co, və.s. aparıcı şirkətlər tərəfindən bu müddət ərzində dəstəklənəcək.

Maliyya startap-ı Ramil Məhərrəmov və Cəfər Babayev tərəfindən təsis edilib. Hər iki təsisçi ABŞ və Avropanın aparıcı biznes məktəblərində təhsil alıblar. Onların mencement konsaltinq, investisiyaların idarəedilməsi, hüquqi məsləhət, İslam Bankçılığı, strategi idarəetmə və biznesin inkişafı üzrə 30 ildən çox təcrübələri vardır.

Xatırladaq ki, bir müddət öncə R. Məhərrəmovın saytımızda geniş MÜSAHİBƏSİ dərc olunmuşdu.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Layihə  





Xəbər lenti