Ermənilər cəbhədə yanğın törədib

Ermənilər cəbhədə yanğın törədib
  11 Sentyabr 2013    Oxunub:875
Tovuz rayonu istiqamətində neytral zonada 5 hektardan çox sahə yanıb
Cəbhənin qərb bölgəsində Ermənistan silahlı qüvvələri yanğın törədib.

Tovuz rayonunun Əlibəyli və Hacallı kəndləri istiqamətində neytral zonada istifadə olunmayan torpaq sahələrindəki quru otlaqlar yandırılıb.

Gün ərzində davam edən yanğın kəndin əkin sahələrinə çatmasa da, neytral zonada 5 hektardan çox sahə yanıb. Yanğın gecə saatlarınadək davam edib. Hazırda yanğın azalıb və bəzi yerlərdə tüstü şəklində müşahidə olunmaqdadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti