`İbrahimbəyovun BMT-yə müraciət etməsi siyasi populizmdir`

`İbrahimbəyovun BMT-yə müraciət etməsi siyasi populizmdir`
  11 Sentyabr 2013    Oxunub:1051
Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin sabiq sədri Tahir Kərimli açıqlamasında Milli Şuranın rəhbəri Rüstəm İbrahimbəyovun Azərbaycanda prezident seçkilərinə buraxılmaması ilə bağlı Birləşmiş Millətlər Təşkiatı (BMT) İnsan Haqları Komitəsinə müraciətinə münasibət bildirib.

Onun sözlərinə görə, R.İbrahimbəyov iqtidar namizədi olsaydı belə, onu qeydə ala bilməzdilər: “Çünki Konstitusiya və Seçki Məcəlləsi buna imkan vermir. Hüquqi baxımdan onun qeydə alınması mümkün deyil. Hətta iqtidar istəsəydi də, Rüstəm İbrahimbəyovu qeydə ala bilməzdi”.

T.Kərimli İbrahimbəyovun BMT-ə müraciət etməsini cığallıq adlandırıb: “İndi hər hansı məhkəməyə və ya beynəlxalq təşkilatlara müraciət etmək siyasi populizmdən və cığallıqdan başqa bir şey deyil”. (hafta.az)


Teqlər:  





Xəbər lenti