Siyavuş Novruzov: “Milli Məclisdən aldığım maaşla dolanıram” – VİDEO

Siyavuş Novruzov: “Milli Məclisdən aldığım maaşla dolanıram” – VİDEO
  10 Sentyabr 2013    Oxunub:3255
Millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov AzVision.az oxucularının suallarına cavab verir.

(Ardı. Əvvəli burada)
Elnur:

- Fikrinizi bilmək istərdim ki, Azərbaycan idarəçiliyində nə vaxt qanunun aliliyi təmin olunacaq? Monopoliya, rüşvət yığışdırılacaq. Qanun veriləndə xalqın vəziyyəti nəzərə alınacaq. Demokratik seçkilər keçiriləcək. Müxalifətə xalqla danışmağa icazə veriləcək və idarəçilikdə bildiyimiz nöqsanlar aradan qalxacaq. Real cavab verin.



- Təbii ki, insan, cəmiyyət olan yerdə problemlər də var. Birincisi, Azərbaycanda qanunun aliliyi var. Və demokratik, azad , ədalətli seçkilər də keçirilir. O ki qaldı kimsə seçilmirsə, bu, o demək deyil ki, ədalətli seçkilər keçirilmir. Təbii, ola bilər ki, kimsə rüşvət alır – bu, istənilən cəmiyyətdə mövcuddur, istənilən cəmiyyətdə var.

Siz bilirsiniz ki, Azərbaycanda korrupsiyaya, rüşvətə qarşı ciddi mübarizə gedir. Prokurorluq yanında antikorrupsiya komissiyası mövcuddur. O cümlədən, prezident yanında antikorrupsiya komissiyası fəaliyyət göstərir. Və dəfələrlə məbuata elanlar verilib. Nə qədər insan korrupsiyaya görə məsuliyyətə cəlb olunub.

O cümlədən, qanunlar da hamsı ancaq xalqın mənafeyi üçün qəbul edilir. Ədalətsiz qanun olmur. Ədalətsiz onu yerinə yetirənlərdir. Qanun həmişə ədalətlidir. O adamlar da bu cür məsələlər ortaya çıxan kimi öz cəzalarını alırlar. Ortada ictimaiyyətin də köməyi olmalıdır. Kim vəzifə borcunu yerinə yetirmirsə, o haqda lazımı orqanlara məlumat verməldirlər.

İndi tutaq ki, hamı deyir, korrpupsiya, rüşvətxorluq var, və s. Bir adamın adın çək! Konkret “filankəs rüşvətxordur” və ya “korrpusionerdir” de. Ümumi qaydada deməyin heç bir əhəmiyyəti yoxdur. Bunu nə onunla məşğul olan öz üzərinə götürür, nə də ki cəmiyyət. O baxımdan da, konkret olmaq lazımdır.

Valideyn:

- Siyavuş müəllim, əsgər ölümlərinə nə vaxt son qoyulacaq? Axı onlar düşmən gülləsilə ölmürlər. Əsgər bezib özünü öldürür. Çox xahiş edirik sizdən, buna bir əncam çəkin. Bunu Səfər Əbiyevə mütləq çatdırın. Axı ölənlər kasıb Azərbaycan övladlarıdır.



- Dünyanın hər yerində, lap Amerika ordusunda da hər ay 20-30 nəfər intihar edir. Təkcə bir Əfqanıstanda qulluq edən hissəsində. Böyük Britaniyada İraq və Əfqanıstandan qayıdandan sonra 10 min adam axtarışdadır. Orduda xidmət edənlərdən bu və ya digər cinayət törətdiyinə görə 9 min insan həbsxanadadır. Minlərlə insan isə intihar eidb. Yəni dünyanın hər yerində bu hadisələr baş verir. Təbii, çalışmaq lazımdır ki, bunlar maksiumum dərəcədə az olsun.

Burada valideynin də rolu var. Ordu cəmiyyətin bir hissəsidir. Valideyinlərin orduya müdaxilə etməsi əsgərlərə çox pis təsir edir. Vaxtilə mən sovet ordusunda xidmət etmişəm. İki il müddətinə gedirdin, 4-5 dəfə evə məktub yazırdın. Bununla da iş yekunlaşırdı. İndi isə Azərbaycanın bu başından o biri başına qədər 5 saatlq yoldur. Hara düşməsindən asılı olmayaraq valideyin səhər dolma qazanın götürür gedir hərbi hissəyə. Və əsgərə psixoloji təsir göstərir. Bizim vaxtımızda valideynləri öləndə belə əsgərə bildirmirdilər ki, birdən bu, əsgərə psixoli təsir göstərər, qayıdandan sonra deyirdilər. Bu gün isə əsgəri gəlib aparırlar ki, bu gün əmisi qıznın toyudur, sabah kimin qonaqlığıdır... Təbii ki, bu, 18 yaşında olan əsgərə psixoloji təsir göstərir. Bununla əlaqədar olaraq artıq ordu sıralarında psixoloq ştatı açıblar. Ki, hər bir batalyonda, hər bir hissədə bir psixoloq olsun.

Mən bir statistika sizə deyim ki, bir il müddətində Azərbaycanda ordu sıralarında həm şəhid olan, həm düşmən gülləsinə tuş gələn, həm intihar edən bütövlükdə cəmisi 63 nəfərdir. Bakı şəhərində tək bir ildə avtomobil qəzasında ölənlərin sayı 1300 nəfərdir, şikəst olanların sayı 4000 nəfər. Cəmiyyət varsa, cəmiyyətdə problem də var. Bakı şəhərində bəyəm hansısa döyüş gedir? Yox. Nəqliyyat vasitəsindən düzgün istifadə etməməyin nəticəsində 1300 nəfər bir ildə həyatını itirir. Əksəriyyəti də gənclərdən ibarətdir. Orduya baxanda tutaq ki, düşmənlə səngərdə üz üzə durur, silahdan düzgün istifadə etmir, mina basdırılan, qadağan olunanan sahələrə girir, nəticədə minaya düşür, yaxud gecə vaxtı siqaret çəkir və snayperin gülləsinə tuş gəlir. Baxanda görürsən ki, əksəriyyəti insanın özü tərəfindən olan məslələrdir ki, qaydalara riayət etmir. Bu baxımdan da mən hesab edirəm ki, təbii, bunun qarşısı ciddi şəkildə alınmalıdır, yol verənlər cəzalanmalıdır, o cümlədən valideyinlər də bu məsələyə ciddi yanaşmalıdırlar. Ayda 3 dəfə əsgərin yanına getmək olmaz.

Sıradan biri:

- Siyavuş müəllim, xahiş edirik, ən çox xoşladığınız bir şeir, lətifə və özünlə bağlı xüsusi-özəl bir əhvalat danışasınız. Qabaqcadan təşəkkür edirik.



- Özümlə bağlı həddindən artıq çox əhvalat var. Maraqlı hadisələr çoxdur. Onları indi danışmağa ehtiyac yoxdur. Çünki belə əhvalatları dostlar arasında söhbət edirik. Ona görə də mətbuatda danışmağa ehtiyac yoxdur.

Bir vətəndaş:

- Siyavuş müəllim, hamı bilir ki, YAP yanlış siyasət aparır və Azərbaycan uçuruma gedir. Müsahibələrinizin birində buna qarantiya verə bilərsinizmi ki, yolunuz tamamilə doğruya aparır? Heç nə demirəm. Son günlər təhsilimizin “inkişafını ”ortaya qoyan nəticələri qeyd edirəm. 85% “iki” aldı. Keçid balları 150-yə düşdü. Bu, bilirsiniz, nə deməkdir?



- YAP əgər düzgün siyasət aparmasaydı Azərbayacan xalqı tərəfindən dəstəklənməzdi. 20 il YAP bütün seçkilərdə qalib gəlib. Bu, onun göstəricisidir ki, Azərbaycan vətəndaşı ölkəmizdə aparılan işlərə baxır və bunu yüksək qiymətləndirir. 20 il bundan öncəyə bir nəzər salsaq, Azərbaycan hansı vəziyyətdə idi, indi hansı vəziyyətdədir. Nə qədər inkişaf var. Bütün postsovet və Şərqi Avropa ölkələri içərisində Azərbaycan qədər inkişaf edən ölkə yoxdur. Ölkədə son 10 ildə 3 mindən artıq məktəb tikilib. 500-dən artıq səhiyyə obyekti tikilib. Əvəllər Azərbaycanda vətəndaşlar bu cür yollardan nə vaxt istifadə edib? Ona görə də YAP düzgün yoldadır, düzgün siyasət aparır və bu siyasət də Azərbaycan xalqı tərəfindən qətiyyətlə dəstəklənir.

Vüqar:

- Siz AZTV-yə baxanda nə düşünrüsünüz? Özəlliklə xəbərlərə? Azərbaycanın televiziya məkanı niyə bu qədər geridə qalır? Nə vaxt bizim televiziyalarımız xarici kanallar kimi operativ olacaq? Təklif ediəm ki, seçki təbliğatını türk kanalları ilə edin. Çünki xalq Azərbaycan televizyasına baxmır. Gecələr yatarkən tavanla göz arasındakı məsafədə nə düşünürsünüz?



- Televiziya ilə bağlı iradlarını AZTV- nin rəhbərliyinə yazıb göndərsin oxucumuz. Mən başqasının əvəzinə fikir söyləyə bilmərəm. O ki qaldı nə fikirləşdiyim, bu, mənə aiddir. İctimaiyyətə heç bir aidiyyatı yoxdur.

Samir Aslan:

- Nə vaxt bizim siyasətçilər şəhidi olanda onun tabutunu çiyinlərində daşıyacaq və şəhidinə dəyər verəcək. Və şəhid ailələrinə baş çəkəcəklər?



- Şəhid ailələrinə Azərbaycanda diqqət də göstərilir, dəyər də verilir. İstər mənzil ilə təmin olunması, istər onların sosial müdafiəsi və digər məsələlər hamısı həllini tapır. 1941-45-ci illərdə ikinci dünya müharibəsi qurtardıqdan sonra baxmayaraq ki, Sovet İttifaqı qalib gəlmişdi, 75-ci ilə qədər müharibədə iştirak edənlərin heç bir sosial təminatı yox idi. Azərbaycanda hələ müharibə bitməyib, amma ı istər şəhid olanlara, istər digər müharibə veteranları və əlillərə çox böyük sosial qayğı var. Onlara evlər tikilir, mənzillər, avtomobillər verilir. Başqa bir dövlət göstərsinlər ki, orada bu şeylər var. Ölkəmizdə şəhid və veteran ailələrinə çox yüksək diqqət göstərilir. Şəhidlər bizim cəmiyyətimiz tərəfindən böyük hörmət və diqqətə layiqdir. Dövlət də bu diqqəti həmişə göstərir.

Lalə:

- 1999-cu ildə şəxsən mənə müsahibənizdə yataqxanada qaldığınızı demişdiniz. Hazırkı eviniz neçə mərtəbəlidir? Yeri gəlmişkən, qazanc mənbəyinizi açıqlayacaq qədər cəsarətiniz varmı?



- Cənab prezident tərəfindən verilən mənzildə yaşayıram. Qazanc mənbəyim də Milli Məclisdən aldığım əməkhaqqıdır. Müraciət edə bilərlər sorğu ilə ki, Milli Məclisdən aldığım əməkhaqqım nə qədərdir. Burada gizlədiləsi bir şey yoxdur. Sahibkarlıq fəaliyyətilə məşğul olmuram. Mənim işim ancaq siyasətdir, qanunvericilikdir. Bu sahədə də fəaliyyət göstəririəm.

Zaman:

- Siyavuş müəllim, seçki qutusundan nə vaxt mənim seçdiyim adamın adı çıxacaq?



- Seçki qutusundan seçicilərin səs verdiyi şəxsin adı çıxır. İndi onun arzusunda olduğu şəxsə heç kim səs vermirsə, mən ona qarantiya verə bilmərəm.

Əli Həsənov:

- Siyavuş müəllim, YAP Gəncə şəhər təşkilatının konfransında səsvermə ilə Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının sədri seçilib. Bu seçimi necə qiymətləndirirsiniz?



- O, konfrans nümayəndələrinin seçimidir. Konfrans nümayəndələri rayon təşkilatının sədrini seçirlər. Bizdə bu, təyinatlı deyil, seçkilidir. YAP-ın Gəncə şəhər təşkilatında bizim 24 mindən artıq üzvümüz var. Təxminən 800-ə yaxın nümayəndə konfransa seçilib. Konfrans nümayəndələri də yeni struktur yaradıblar. Yeni idarə heyəti, yeni şura və sədr seçiblər. Seçimlərinə hörmətlə yanaşıram.

Valeh Əhmədov:

- İqtidar da, müxalifət də bir xalqın nümayəndəsidir. Amma hər ikisinin bir-birinə düşmən münasibəti var. Siz bir azərbaycanlı olaraq milli barışıq istiqamətində hansı addımlar atmısnız və ya atacaqsınız? Bu milli barışıq mümkündürmü?



- Biz iqtidar olaraq həmişə demişik ki, istənilən dialoqa, fikir mübadilsinə hazırıq. Və müxalifəti də həmişə buna dəvət etmişik. Mən hesab edirəm ki, bu baxımdan da, təbii ki siyasətlə məşğul olan istər müxalifət, istər iqtidar nümayəndəsi siyasi, əqidə mübarizəsi aparmalıdır. Düşmənçiliyə də getməməlidir.

Samir Muradov:

- Mən hazırda Topçubaşov küçəsində, yəni Nəsimi rayonunda qeydiyyatdayam. Ancaq indi qaldığım yer Suraxanı rayonundadır. Mən seçki zamanı hansı rayonun məntəqəsinə müraciət etməliyəm? Çünki hər iki məntəqədən mənə səs vermək üçün ərizə gəlir.



- Qeydiyyatda olduğu yerə də gedə bilər, çünki hardan gəlsə də, şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Şəxsiyyət vəsiqəsinin arxasında isə onun qeydiyyat yeri göstərilib. Əgər o, qeydiyyatdan keçməyibsə, həmin məntəqədə səs verməyə ixtiyarı yoxdur. Şəxsiyyət vəsiqəsində hansı ünvan göstərilibsə, həmin ünvanda da səs verə bilər.

“Biz”:

- Hər bir sivil ölkədə olduğu kimi, birdən bizim ölkədə də hakimiyyət dəyişsə (hərçənd ona inanmıram), nə ilə məşğul olacaqsınız?



- Birinci növbədə hakimiyyətin dəyişməsin gözləməsin, çünki xalq ilə hakimiyyət bir yerdədir. Və YAP uzun müddət hakimiyyətdə qalacaq. İkincisi, hər bir insanın özünün peşəsi və fəaliyyəti var. Bizim də peşəmiz siyasətlə məşğul olmaqdır. Və bu peşə ilə də məşğul olacağıq.

Jurnalist, “Ceyla” jurnalından:

- Siyavuş müəllim, 1995- ci ildə sizdən müsahibə götürmüşdüm. Ən yaxın dostlarınız kimi 2 nəfərin adını çəkmişdiniz. İndi də həmin fikirdəsinizmi? Əgər elədirsə, o 2 dostunuz “gündəmdə” niyə görünmürlər, səlahiyyətsizdirlərmi?



- Həmin adamlar indi də var. Moskvada təhsil alıblar, orada da yaşayırlar. Tez-tez də ünsiyyət qururlar.

Səda:

- Siyavuş müəllim, bu yaxınlarda Siyəzən şəhərində YAP-ın binası, gənclər mərkəzi, H.Əliyev mərkəzi və H. Əliyevin heykəlinin prezidentimiz tərəfindən açılşı oldu. Amma Siyəzənin yerli məmurları SSR vaxtından qalan içəri küçələri bərbad hala salıblar. Bu adamlar həqiqətən iqtidarı və prezidenti hörmətdən salırlar. Bütün bunların hesabını kim ödəməlidir?



- Əgər kimsə öz vəzifə borcunu layiqincə yerinə yetirmirsə, bunlarla bağlı aidiyyatlı strukturlar var.

Müəllim:

- Siz 120 manat aylıq maaşla dolana bilərsinizmi?



- Mənim ən çox hörmət bəslədiyim insan müəllimdir. İnsanalrın təhsil almasının və onların yazıb-oxumaqdan başlamış, təlim-tərbiyəsinə qədər bilavasitə müəllimlər məşğul olur. Mənim də çox gözəl müəllimlərim olub. Bizdə dərs yükü, belə deyək də, 14 saatdır bütün həftə ərzində. 14 saat o deməkdir ki, normal bir gün yarım işləyəndə, yəni 8 saatlıq iş həftəsində bu, gün yarımlıq işdir. Gün yarım işləyəndə 150 manat əməkhaqqı verilir. Statistika idarəsində işləyən hər gün gəlir işə, səhər tezdən axşam saat 6-ya qədər 5 gün işləyir. Müəllim isə iki “oklad” , “oklad yarım” dərs deyəndə yenə iki gün ərzində günün bir hissəsini işləyir, qalan vaxtı isə kifayət qədər boş zamanı var. Və buna görə də başqa işlə məşğul ola bilər. Əgər savadlı müəllimdirsə.

Təbii, biz görürük ki, onların kifayət qədər yükü var. Əgər kiminsə yanına şagird gəlmirsə, müraciət etmirsə və yaxud da başqa bir peşə fəaliyyəti ilə məşğul olmursa, paralel olraq təbii ki, elə o əmək haqqı ilə də qalacaq. Mən özüm lazım olanda şənbə və bazar günü də işləyirəm. Gündə gedib bir saat işləməklə bu qədər əmək haqqı alrısa... Amma hər halda, baxmaq lazımdır, burada islahat aparmaq lazımdır. Müəllimin həm dərs yükü artıq olmalıdır, həm də əmək haqqı artırılmalıdır. Bu gün Azərbaycanda şagirdə düşən müəllimin sayı Amerikada düşən müəllimin sayından 4 dəfə çoxdur. Elə ali məktəbi qurtaran gedib müəllim olmaq istəyir. Düzdür, elə rayonlar var ki, orada tarix, xarici dillər üzrə müəllimə çox ehtiyac var. Amma elə sahələr də var ki, müəllim bolluğudur, hamısı eyni ixtisas üzrədir, təyinat, diplom alan kimi də gəlib deyir ki, “mən burada müəllim işləməliyəm”. Həm də məktəbin vəziyyətinə baxırsan ki, bunları yerləşdirmək də çətindir.

Ona görə də, burada bir islahat getməlidir. Təhsil strukturunda 600 mindən çox insan çalışır. Xarici dövlətlərin hansında həmin sahədə bu qədər insan çalışır? Sabah ixtisara başlasalar, həmin adamlar sual verəcək ki, “bizi niyə ixtisara saldılar”? Məktəb var, hamı istəyir ki, uşağı orada oxusun. Çünki orada müəllimlər yaxşı olduğuna görə yaxşı da təhsil verirlər. Məktəb də var ki, ora heç kim uşağını aparmaq istəmir.

Millət vəkili olmaq istəyən:

- Siyavuş müəllim, ömrünüzün neçə ilini Milli Məclisdə keçirmək fikriniz var?



- O, xalqın seçimindən asılı olacaq. Əgər mənə ehtiyac hiss edəcəklərsə, deyəcəklərsə orada olmalıyam, Milli Məclis çox şərəfli bir yerdir, millətin seçimidir, qanunverici orqandır, mən də istərdim ki, seçimlə həmişə orda təmsil olunum.

Adil:

- Siyavuş müəllimdən soruşmaq istərdim ki, öz dediklərinə özü inanırmı?



- Təbii ki, mən inanmasam, demərəm.

Vidadi Xaçmazdan:

- Siyavuş müəllim, düz 20 ildir ki, sizinlə əlaqəm yoxdur. 1993- cü ildə mən tələbə yoldaşlarımızn, o cümlədən, sizin saçınızı qırxanda deyirdiniz ki, yaxşı qırx, vaxt olcaq deyəcəksən ki, bir vaxtlar Siyavuş müəllimin saçını qırxırdım. Bu, o vaxt məni əsəbləşdirirdi. Zaman keçdi, sizi hər dəfə efirdə görəndə həmin anları xatırlayaraq deyirəm ki, kişi düz deyirmiş də. Sizin Əfqanısatnda və Qarabağda olarkən çəkilmiş şəkilləriniz var məndə. İcazə verərsinizmi, həmin şəkilləri bu sayta təqdim edim?



- Bir yerdə olmuşuq. Bilirəm. Yataqxanada yaşadığımız vaxt ayrı-ayrı sahələr üzrə oxuyan uşaqlarla bir yerdə fəaliyyətimiz olub. İstənilən vaxt əlaqə yarada bilər. Şəkilləri də sayta göndərə bilər.


Oktay Məmmədov:

- Qocalığınızı necə təsəvvür edirsiniz?



- Qocalıq haqqında hələ düşünmürəm.

Hərbçi:

- Mən 10 ildi ordudayam. 2003-cü ildən Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsində, K.Kərimov küçəsində yerləşən qaçqınların çıxması ilə əlaqədar elə hey iş gedir. Amma nədənsə qurtamaq bilmir. Nə vaxt qaçqınları “qarodok”dan çıxarıb, biz hərbçiləri evlə təmin edəcəksiniz? Mən bura gələndən kirayə qalıram. Zabitəm. Gülməli gündəyik. Hərbçi hərbi şəhərcikdə kirayə qalır. Özü də qaçqınların tutduğu evdə. Sizcə, bu, normaldır?



- Bütün tələbə yataqxanalarında , o cümlədən, ayrı –ayrı evlərdə, mənzillərdə 90-cı illərin əvvəllərində gələn həmvətənlərimiz tərfindən tutulan evlər indi boşaldılır. Artıq Azərbaycanda bir dənə də olsun, çadır şəhərciyi qalmayıb. Azərbaycanda yataqxanalarda yaşayan qaçqınlar üçün gözəl qəsəbələr salınıb və ora köçürülüb. Qısa müddətdə yəqin ki, o hisslərdə də həmin addımlar atılacaq.
İkinci bir tərəfdən, hərbçilərin müddəti var, 20 il xidmət etmiş hərbçilərin hər birinə Müdafiə Nazirliyi tərəfindən də evlər tikilir, xüsusi xidmət edən hər bir zabitə əvəzi ödənilmədən evlər verilir. Yəqin ki, bu şəxsin də müddəti çatanda ev alcaq.
O ki qaldı kirayə ilə bağlı, kim harada qulluq edirsə və yaşayış yeri yoxdursa, Müdafiə Nazirlyi tərəfindən kirayə haqqı ödənilir.

Əmi:

- YAP hakimiyyətdən gedərsə, müxalifət qələbə qazanarsa, YAP-ı dəstəkləyəcəksinizmi?



- YAP hakimiyyətdən getməyəcək.

Eks YAP-çı:
- Siyavuş müəllim, artıq vaxtdır, Nazir olmaq istəmirsinizmi və ya niyə səni nazir təyin etmirlər?

- Mənim kifayət qədər vəzifəm var.

Cavid:

– Son zamanlar apardıqları siyasi kursa görə 3 siaysi lideri (İsa Qəmbər, Əvəz Temirxan, Əli Əliyevi )necə xarakterizə edirsiniz?



- Gündəlik mətbuatda onlar haqqında biz öz fikirlərimzi söyləmişik. Hesab etmirəm ki, xüsusi cəhətləri var ki, onları xarakterizə edəm.

Şahanə Rəhimli
Kamera: Elnur Muxtar



Teqlər:  





Xəbər lenti