TQDK imtahan nəticələrini açıqladı

TQDK imtahan nəticələrini açıqladı
  10 Sentyabr 2013    Oxunub:1264
Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanının nəticələri açıqlandı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2013-cü il sentyabrın 10-da Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Nəticələr imtahan keçirilən gün saat 15:30-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilmiş və hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunub.

Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfəri imtahanda iştirak etməyib. Namizədlərdən 36 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar. İmtahanda ən yüksək nəticə 90 bal olub.


Teqlər:





Xəbər lenti