Bu rayonların məktəblərində vakant yerlər var - SİYAHI

Bu rayonların məktəblərində vakant yerlər var - SİYAHI
  10 Sentyabr 2013    Oxunub:1732
2527 yerdən 1100-nə həvəsləndirmə tədbirləri tətbiq edilib.
“Təhsil Nazirliyinin son illərdə həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə müəllimlərin marağının artması müşahidə olunur”. AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, bu il nəzərdə tutulan 2527 yerdən 1100-nə həvəsləndirmə tədbirləri tətbiq edilməklə müəllimlər göndərilib. Qalan vakant yerlərə növbəti müsabiqə və müsahibələr nəticəsində gənc mütəxəssislərin göndərilməsi nəzərdə tutulub

Nazirlikdən verilən məlumata görə, daha çox Lerik, Yardımlı, Gədəbəy rayonlarında fizika, kimya, biologiya ixtisasları üzrə vakant yerlər qalıb. “Qeyd edilməlidir ki, həmin vakant yerlərdə dərs yükü bir stavkadan azdır. Hazırda yeni dərs ili ərəfəsində yaranan və boş qalan vakant yerlərin təhlili aparılır. Həmin yerlər ilk növbədə müsabiqədə iştirak edərək keçid balını toplayanlara təklif ediləcək (elektron müraciət əsasında), ehtiyac olarsa, yeni müsabiqənin vaxtı müəyyənləşdirilərək elan ediləcək”.



Teqlər:





Xəbər lenti