"Lütfi Zadə sağdır, onunla telefonla danışdım"

"Lütfi Zadə sağdır, onunla telefonla danışdım"
  14 Avqust 2017    Oxunub:2710
Telejurnalist Mirşahin Ağayev Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadə ilə telefonla danışıb.
Mirşahin Ağayev bu barədə özünün "Facebook" səhifəsində yazıb: "Bakı vaxtilə saat 23:25-də cənab Lütfi Zadə ilə telefonla danışdım. Nitqi əvvəlki kimi səlis olmasa da yaxşı olduğunu, özünü yaxşı hiss etdiyini dedi, ona görə narahat olanlara təşəkkürünü bildirdi. Dahi yerlimizi yormaq istəmədim və danışığımız çox qısa olduğundan miras-vəsiyyət mövzusunda yersiz suallar vermədim! Hamıya salam-duası var. Məncə mövzunu qapamaq olar!".

Qeyd edək ki, ötən gün bəzi KİV-lərdə Lütfi Zadənin vəfat etməsi ilə bağlı məlumatlar yayılmışdı.

AzVision.az


Teqlər: Lütfi-Zadə   Mirşahin-Ağayev  





Xəbər lenti