“Abituriyent” jurnalının 7-ci nömrəsi çapdan çıxıb

“Abituriyent” jurnalının 7-ci nömrəsi çapdan çıxıb
  14 Avqust 2017    Oxunub:3246
Dövlət İmtahan Mərkəzi (DMİ) tərəfindən “Abituriyent” jurnalının yeddinci nömrəsi çapdan çıxıb.
DİM-dən AzVision.az-a bildiriblər ki, jurnalda 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birgə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) nəşr edilib.

Bu nömrədə, eyni zamanda, həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları göstərilib. Həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumatlar yer alıb.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, eləcə də kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti