Zahid Orucun seçki simvolu “Nar” olacaq

Zahid Orucun seçki simvolu “Nar” olacaq
  10 Sentyabr 2013    Oxunub:1301
Prezidenliyə namizəd Zahid Orucun seçki simvolu “Nar”dır
Bu barədə millət vəkilinin, prezidentliyə namizəd Zahid Orucun facebook profilində məlumat verilib.

- Namizədliyi təmsil etdiyi siyasi təşkilat tərəfindən və ya öz şəxsi təşəbbüsü ilə irələ sürülmüş şəxslərin seçki emblemlərinin, simvollarının olması təbii haldır. Bu, tək bizdə deyil, dünyanın hər yerində belədir və qeyd edək ki, bunun özünün də xüsusi anlamı var. Çünki bəzən namizədlərin ənənəvi seçki şüarlarından, seçki proqramlarından, yaxud, seçki platformalarından məmnun qalmayan seçiçilər onların marağına səbəb olacaq, onları təəccübləndirə biləcək addımların atılmasını, seçki yeniliklərinin olmasını həmin şəxslərdən gözləyirlər və bu baxımdan, namizədlərin qeyri-adi görünəcək təbliğat-təşviqat üsulları, “priyomları”, seçki simvolları, seçki emblemləri, seçki şüarları onların seçicilər tərəfindən daha çox dəstək qazanmasına, seçicilərdə onlara qarşı geniş rəğbət oyanmasına gətirib çıxarır.

Məsələn, təsadüfi deyil ki, qardaş Türkiyədə hakimiyyətdə olan AKP-nin istifadə etdiyi seçki sümvolu-ətrafa geniş işıq saçan, bərq vuran “fənər” onların qələbə əldə etməsində az əhəmiyyətli daşımayıb. Və yaxud, uzun illərdən bəri əksər Avropa ölkələrində hakimiyyətdə olan sosial-demokratların istidadə etdikləri seçki simvolu-“qızılgül”lər onların uğurunda az rol oynamayıb. Həmçinin, yaxın tarixdən də məlumdur ki, uzun illər dünyanın əhəmiyyətli bir hissəsinə hegemonluq etmiş kommunistlərin məşhur “oraq-çəkiçi” onların təbliğatında, dəstək qazanmasında aparıcı yerlərdən birini tutub.

Bu baxımdan , Azərbaycanda prezidentlik iddiasında olan şəxslərin bu məsələdə hansı yeniliklərdən istifadə etəcəyi, hansı seçki simvolundan yararlanacağı da maraq kəsb etməyə bilməz.

Prezidentliyə namizədliyi artıq qeyd alınmış Zahid Orucun Seçki Qərargahından verilən məlumata görə, sözügedən şəxsin seçki simvolu, heraldikası “Nar” olacaq ki, bu da təsadüfi seçilməyib.
“Çünki “Nar” həyat rəmzidir”-deyə, daha sonra qeyd edilib.

Bu yerdə qeyd edək ki, həyat rəmzi olmaqla yanaşı, “Nar”- güc amili kimi də qəbul olunur.

Nar –Qədim Şərqdə günəş emblemi olub
Qan-həyat enerjisi daşıyıcısıdır. Buna görə də qırmızı nar-həyat rəmzidir.
“Quran”da- nar əbədiyyət rəmzidir. Müsəlman cənnətinin xurma və nar yetişən bağında ölməz imanlıların(müqəddəslərin) zövqünü oxşayıb. İran mifik qəhrəmanı İsəfəndiyər nar dənəsi udmaqla ölməzliyə qovuşub.

“İncil”də -nar dünya biriliyinin rəmzidir. Xristian ikonoqrafiyasında nar Xilaskarın əlində bir dirilmə rəmzidir.
Müqəddəs kitablarda narın yetişdiyi yer bolluq məkanı, südün və balın axdığı torpaq hesab olunur.

Narın quruluşu çoxluğun, müxtəlifliyin vahidliyini və bütövlüyünü simvolizə edir.

Nar həmçinin, hərbi şücaətin, dinamizmin və mükəmməlliyin rəmzidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti