Azərbaycanda 10 mina zərərsizləşdirilib

  09 Sentyabr 2013    Oxunub : 446
Azərbaycanda 10 mina zərərsizləşdirilib
Ötən ay ərzində Azərbaycanda 928 PHS və 10 partlamamış mina aşkar edilərək zərərsizləşdirilib. Onlardan 9 ədədi tank, 1-i isə piyadalar əleyhinə mina olub.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, avqust ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb və müvafiq olaraq minadan zərərçəkən də olmayıb.

Ümumiyyətlə, 2013-ci ilin avqust ayı ərzində 2,143,529 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək ANAMA tərəfindən cəmi 234,074,309 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 686,569-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Qəbələ, Gəncə və Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

AzVision.az

Teqlər: