Snayperlərimiz Ermənistana gücünü göstərdi - FOTO

Snayperlərimiz Ermənistana gücünü göstərdi - FOTO
  04 Avqust 2017    Oxunub:19440
Avqustun 4-də “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlükləri yarışında iştirak edən Azərbaycan snayperləri uğur qazanaraq növbəti mərhələyə keçiblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan snayperləri ilə yanaşı, Rusiya, Belarus, Çin, Qazaxıstan, Özbəkistan, Banqladeş və Monqolustan snayperləri də növbəti mərhələyə yüksəliblər.

Ermənistan, İran, Yunanıstan, Venesuela, Qırğızıstan, Zimbabve, Hindistan, Tailand və Cənubi Afrika Respublikasının snayperləri zəif nəticə göstərərək yarışları tərk ediblər.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Beynəlxalq-Ordu-Oyunları-2017  





Xəbər lenti