Rezidenturaya qəbul imtahanı bu gündür

Rezidenturaya qəbul imtahanı bu gündür
  09 Sentyabr 2013    Oxunub:1401
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2013-2014-cü tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının ilk mərhələsini keçirir.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsilinə müvafiq olaraq baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas sahəsində bilikləri yoxlanacaq. İkinci mərhələnin imtahanları sentyabrın 10-da keçiriləcək.

İmtahanında iştirak etmək üçün 1297 nəfər elektron ərizə təsdiqlədib. Onlardan 942 nəfəri qız, 355 nəfəri oğlandır. Bakı şəhərində 1281, Naxçıvanda isə 16 namizədin imtahan verəcəyi nəzərdə tutulur.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılacaq. İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı ilə yanaşı, baza və ixtisas fənləri üzrə ayrılıqda topladığı balı da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar.



Teqlər:  





Xəbər lenti